Hindistanda silahlıların hücumu nəticəsinə 50-dən artıq insan ölüb

Hindistanın şimal-şərqindəki Assam ştatında “Bodolend Milli-Demokratik Cəbhəsi” (BMDC) separatçı qruplaşmasının silahlılarının hücumları nəticəsində azı 56 nəfər ölüb, daha 80 nəfərin isə yaralandığı bildirilir.
Maide.az-ın məlumatına görə, BMDC silahlıları ştatın 5 müxtəlif rayonunda dinc sakinlərə hücumlar törədiblər. Öldürülənlərin hamısı yerli qəbilə icmalarının üzvü olub. Onların arasında çoxlu sayda qadın və uşaqların olduğu bildirilir.  
Polis silahlıların hücumu intiqam məqsədi ilə törətdiyini bildirilir. Belə Hindistan təhlükəsizlik qüvvələri bu bölgədə xüsusi əməliyyat həyata keçirir.  
Qeyd edək  ki, Hindistanın şimal-şərqindəki Assam  ştatında bir neçə separatçı qruplaşma fəaliyyət göstərir. /

Google+ WhatsApp ok.ru