Hindistanla Pakistan arasında silahlı qarşıdurmalarda ölənlərin sayı 17 nəfərə çatıb

Hindistanla Pakistan arasındakı mübahisəli Kəşmir əyalətində baş silahlı insident nəticəsində 17 mülki şəxs həlak olub, xeyli sayda insane isə  yaralanıb.
 
Maide.az-ın Associated Press -ə istinadən məlumatına görə, oktyabrın 6-dan başlayan qarşıdurmalarda hər iki tərəfdən 10 minlərlə insan evlərindən didərgin düşüb.
Məlumata görə, bu qarşıdurma Pakistan və Hindistan arasında əldə olunmuş atəşkəsdən sonra qeydə alınan ən qanlı qarşıdurmadır.
Hər iki tərəf qarşıdurmaların başlanılmasında bir- birini ittiham edir.  
Qeyd edək ki, hər iki ölkə 1947-ci ildə müstəqillik qazanandan sonra Kəşmir regionuna iddia ediblər. Bu mübahisə iki qonşu ölkə arasında 3 müharibəyə səbəb olub.
 2001-ci ildə başlanan danışıq və mülayimləşmə prosesi zaman-zaman silahlı insidentlərlə müşayiət olunub. /

 

Google+ WhatsApp ok.ru