Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifindən imtina edib 17 Avqust 2016 01:00 Dünya Pakistan XİN başçısının müavini hindistanlı həmkarını İslamabada rəsmi səfərə dəvət etmişdi Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifini rədd edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Hindistanın Pakistandakı səfiri Qautama Bambavale avqustun 17-də növbəti dəfə Pakistan xarici işlər nazirinin müavini Ayzaz Çoudhri ilə görüşüb, Hindistan Xarici İşlər Nazirliyinin cavabını çatdırıb. Xatırladaq ki, avqustun 15-də A.Çoudhri Q.Bambavalenin vasitəsilə hindistanlı həmkarı Subramaniam Cayşankarı Kəşmir üzrə danışıqlar aparmaq məqsədilə İslamabada rəsmi səfərə dəvət etmişdi. Pakistan XİN başçısının müavinin göndərdiyi məktubda hər iki ölkənin Cammu və Kəşmir problemini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll etməklə bağlı beynəlxalq öhdəlikləri vurğulanmışdı. / Teqlər : #Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifindən imtina edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sankt-Peterburqda bir neçə terrorçu həbs olunub Nigeriyada 8 min terrorçu təslim oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO