Hindistan polisi Kəşmirdə 1000 nəfəri həbs edib

Hindistan polisi Kəşmirdə 1000 nəfəri həbs edib

Hindistan polis qüvvələri son iki həftədə Kəşmirdə baş verən iğtişaşlar zamanı  1000 nəfəri həbs edib. 
 
Maide.Az xəbər verir ki,  Hindistan polis qüvvələri rəsmisi Cavid Muctəba Gilani bazar ertəsi verdiyi açıqlamada deyib ki, bu 1000 nəfər ötən iki həftə ərzində  saxlanılıblar və onların həbsindən məqsəd son bir ayda baş verən iğtişaşlara son qoymaqdır. 
 
İyul ayının 8-dən Kəşmirdə komendant saatı tətbiq olunub və etiraz aksiyaları polisin güc tətbiq etməsi ilə yatızdırılır. On minlərlə Kəşmirli  komendant saatının tətbiqinə baxmayaraq küçələrə çıxır və etirazlarını bildirirlər.
Polis etirazçıları yatırmaq üçün  göz yaşardıcı qaz,  hərbi sursat və su şırnaqlarından istifadə edir. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, iyul ayının 8-dən indiyədək Kəşmirdə baş verən iğtişaşlar nəticəsində 70-dən çox insan həlak olub və 6 mindən çox insan yaralanıb. 
 
Hindistan polisinin etirazçılara qarşı zorakılığı və etirazçıların tətilləri  Kəşmirdə gündəlik həyatı iflic edib.
 

Google+ WhatsApp ok.ru