Hindistan və Pakistanda fəlakət: 400 ölü 09 Sentyabr 2014 01:00 Dünya Hindistan və Pakistanda son bir neçə gündə davam edən daşqınlar nəticəsində ölənlərin sayı ümumilikdə 400-ə çatıb. Ölənlərin 120-si Hindistanın nəzarəti altında olan və Pakistanla mübahisəli Kəşmir bölgəsinin sakinləridir. Kəşmirdə daşqın minlərlə sakinin evlərində və damların üstündə təcrid olmasına səbəb olub. Onların xilas edilməsi üçün xilasedicilərlə yanaşı, xeyli sayda hərbçi də cəlb olunub. Kəşmirdə son 50 ilin ən güclü daşqını elektrik enerjisi naqillərinə, telefon xətlərinə ziyan vurub və on minlərlə sakini kommunikasiya vasitələrsiz qoyub. Regionun ən böyük şəhəri olan Şrinaqar yaxınlığında onlarla insan kəndirin köməyilə çayı keçərək xilas ola bilib. Şəhərin böyük bir hissəsi su altında qalıb. Təkcə Kəşmirdə 450 kənd su altında qalıb, 2000-ə yaxın kəndə qismən ziyan dəyib. Bölgədə bütün məktəblər, universitetlər və iş yerləri bağlanıb, içməli su və elektrik enerjisi təchizatı məhdudlaşdırılıb. Teqlər : #Hindistan və Pakistanda fəlakət: 400 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi 10 fələstinlini həbs etdi Daha əvvəl heç vaxt təmiz su içməmiş insanlar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO