Hizbullahdan Myanmara Arakan etirazı

Hizbullahdan Myanmara Arakan etirazı

Livanın Hizbullah hərəkatı Myanmarın Arakan əyalətində ordu və təhlükəsizlik qüvvələrinin rohingiya müsəlmanlarına qarşı həyata keçirdiyi qətliamı pisləyib.
 
"əl-Mənar" televiziyasına görə, Hizbullah hərəkatı bəyanatında belə qeyd edib: “Minlərlə insanın həlak olması və köçkün vəziyyətinə düşməsinə səbəb olan bu hərəkətləri pisləyirik. Myanmardakı cinayətlər insan haqlarının tərəfdarı olduğunu iddia edənlərin yeri gələndə sükuta büründüklərini göstərir. Müsəlmanlar ən pis halda qəddar bir rejim tərəfindən qətlə yetirilir”.
 
Bəyanatın davamında isə belə bildirilib: “Son günlər Arakan müsəlmanlarının vəziyyəti haqqında mətbuata sızdırılan görüntülər sionistlərin də dəstəyini alan bir rejimin müsəlmanlara qarşı kin və nifrətini göstərir. Sionist rejim Myanmar ordusunu təchiz etməkdən çəkinmir. Bütün dünya xalqından Arakanda həyata keçirilən qətliama qarşı səssiz qalmayıb, reaksiya vermələrini istəyirik”. (deyerler)

Google+ WhatsApp ok.ru