Hizbullah İordaniya, Britaniya və ABŞ-a Suriya barədə xəbərdarlıq etdi

Hizbullah İordaniya, Britaniya və ABŞ-a Suriya barədə xəbərdarlıq etdi

Livanın Hizbullah hərəkatı İordaniya, Böyük Britaniya və Amerikanın Suriyanın cənub sərhədlərində hesablamadan istənilən bir təşəbbüslərinə qarşı xəbərdarlığını edib.
 
Livanın Hizbullah hərəkatı Suriyanın suverenliyinin pozulacağı təqdirdə, İordaniya, Böyük Britaniya və Amerikanın güclü əvəz ödəyəcəyini bildirib. "Əl-Mənar" televiziyası mayın 9-da verdiyi xəbərində bu barədə qeyd edib.
 
Xəbərdə, ABŞ, Britaniya və İordaniyanın onlarla tank və helikopteri İordaniya-Suriya sərhədlərində yerləşdirdiyi bildirilib.
 
Suriyanın Baş Qərargah Rəhbərliyi regiondakı pilotsuz kəşfiyyat təyyarələri vasitəsilə əldə etdiyi görüntülərə əsaslanaraq, bölgədə Amerikanın tankları ilə Britaniya və Amerika helikopterlərinin olduğunu təsdiq edib. (deyerler) /

Google+ WhatsApp ok.ru