Hollandiyada parlament seçkilərinə İslamafob və radikal sağçı partiya məğlub olub

Hollandiyada parlament seçkilərinə İslamafob və radikal sağçı partiya məğlub olub

Hollandiya parlament seçkilərində Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya partiyası 150 yerlik parlamentdə 33  kürsüyə sahib olub və seçkilərdə qələbə qazanıb. 
 
Maide.Az xəbər verir ki, seçkilərdə əhalinin iştirakı 81 faiz olub ki, buda son 30 ildə bu ölkədə keçirilən seçkilər üçün rekord rəqəmdir. 
 
İslamafob və radikal sağçı kimi tanınan Vildersin Azadlıq Partiyası isə parlamentdə 19 kürsüyə sahib olub. 
 
Qeyd edək ki, baş nazir Mark Rutte seçkilərdən öncə Almaniya və Türkiyə arasında baş verən gərginliyə müdaxilə edərək ölkədə daha çox səs toplamağa bacarıb. Belə ki, Türkiyənin XİN rəhbərinin Hollandiyaya buraxılmaması, digər nazirin isə ölkədən deportasiya edilməsi Ruttenin xalq arasında mövqeyinə ciddi təsir edib. Nəticədə Ruttenin rəhbərlik etdiyi Azadlıq və Demokratiya naminə Xalq Partiyası seçkilərdə qalib olub.
 

Google+ WhatsApp ok.ru