HRW: `Səudiyyədә işgəncələr narahatlığa səbəb olan səviyyədə artıb` 07 Fevral 2017 02:00 Dünya Human Rights Watch (HRW) təşkilatı Səudiyyə Ərəbistanında işgəncələrin getdikcə artmaqda olduğunu və bunun narahatlığa səbəb olduğunu bildirib. HRW-nin Yaxın Şərq üzrə direktoru Sara Vitsun, fevralın 6-da verdiyi açıqlamasında, Səudiyyə rejimi öz siyasətlərini tənqid edən hər kəsi susdurmağa və həbs etməyə çalışdığını deyib. Sara Vitsun Səudiyyə Ərəbistanında insanların xarici ölkələrin təşkilatları və mediası ilə görüşlərinin qadağan olunduğunu və bunu edənlərin işgəncəyə məruz qaldıqlarını bildirərək, həbs olunanların Səudiyyə kralına qarşı çıxmaq və nümayişlərdə iştirak etmək ittihamında təqsirləndirdiklərini deyib. HRW əvvəllər də Səudiyyə rejimi həbsxanalarında qəti olaraq siyasi məhbus və məhkum sayının məlum olmadığını bildirmişdir. HRW proqnozlara görə, 30 mindən artıq insanın Səudiyyə Ərəbistanı həbsxanalarında olduğunu bildirmişdir. Açıqlamada həmin siyasi məhkum və məhbusların ailələrilə görüşmələrinə icazə verilmədiyi, onların əksəriyyətinin məhkəməyə çıxarılmadan illərlə həbsxanada saxlanıldığı qeyd olunmuşdur.(deyerler.org) Teqlər : #HRW: `Səudiyyədә işgəncələr narahatlığa səbəb olan səviyyədə artıb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəşər Əsəd: ABŞ və Rusiyanın əməkdaşlığı dünya üçün faydalı ola bilər Əfqanıstanda Ali Məhkəmə binası yaxınlığında partlayış: Ölən və yaralananlar var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO