Human Rights Watch: Ərəbistandakı mühakimələr biabırçılıqdır

Beynəlxalq Human Riqhts Watch təşkilatı aksiyada iştirak etmək ittihamı ilə 7 Ərəbistan vətəndaşı haqqında xüsusi cinayət məhkəməsi tərəfindən çıxarılmış qərarları pisləyib. Həmin qərarı  “biabırçılıq”, “qanunsuz” və “xaqlın tələblərinin hökumət tərəfindən yatırdılmasını ört-basdır etmək üçün qanuni çətir” adlandırıb.
Maide.az-ın əl-Aləm telekanalına istinadən məlumatına görə, Human Riqhts Watch təşkilatı öz internet saytında bəyanat yayaraq, bildirib: Ərəbistan məhkəmələri tərəfindən çıxarılmış qərarlar bu ölkədə mühakimə meyarlarının aşkar şəkildə pozulduğunu ifşa edir. Onlar  qeyri-məhdud ittihamlar irəli sürür, cinayətə uyğun gəlməyən cəzalar nəzərdə tutur və mühakimədən qabaq uzun həbs müddəti boyu müdafiə vəkilinin ittiham olunan şəxslərlə hər cür əlaqəsinin qarşısını alırlar.
Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanın məhkəməsi hökümətə qarşı etiraz aksiyalarında iştirak edən 7 vətəndaşla bağlı edam hökmü çıxarıb. 
 

Google+ WhatsApp ok.ru