Human Rights Watch: Nigeriya hərbçiləri Zariya şəhərində 300 şiəni öldürərək tələm-tələs basdırıblar

Nigeriya hərbçiləri bu ayın əvvəllərində ölkənin şimalındakı Zariya şəhərində 300 şiə müsəlmanı öldürərək tələm-tələsik basdırıblar.  Bu barədə dəhşət doğuran xəbəri Human Rights Watch (HRW) təşkilatı yayıb.
Təşkilat bildirir ki, meyitlər ölənlərin ailə üzvlərinin icazəsi olmadan dəfn olunub.
Nigeriya ordusunun briqada generalı Rabe Abubakar BBC ilə söhbətində öz əsgərlərinin heç kəsi öldürmədiyini iddia edib.
Bu ölümlər barədə xəbər dünya boyunca və xüsusən də İranda şiələrin hiddətinə səbəb olub.
HRW bildirib ki, Nigeriya ordusunun hadisə barədə öz versiyası inandırıcı deyil və baş verənləri müstəqil ədliyyə təhqiqatı araşdırmalıdır.
Nigeriya şiələr bu məqsədlə hökumət tərfindən tərtib olunmuş komitəni rədd ediblər.
Human Rights Watch-un bəyanatında deyilir ki, “ən yaxşı halda bu, hökumətin aşırı reaksiyası, ən pis halda isə şiə azlığı üzərinə əvvəlcədən planlaşdırlmış silahlı basqındır”.
Hərbiyyə şiələrin ordu generalı Tukur Buratai-ı qətlə yetirməyi planlaşdırdığını iddia edib. Bundan başqa ölkə hərbçiləri şiələrin onların qurduğu barrikadaları aşmağa çalışan əsgərlərə dəyənəklərlə hücum etdiyini göstərən videogörüntüləri açıqlayıb. Lakin Human Rights Watch bildirir ki, hərbçilər arasında ölümlərin olduğunu isbat edən “inandırıcı dəlillər” yoxdur.
Öldürülənlərin dəqiq sayı barədə məlumat olmasa da, HRW xəstəxanalardan və şahidlərdən yığdığı informasiya əsasında qiymətləndirmə aparıb. Azadliq.org /
 

Google+ WhatsApp ok.ru