Husilər yeni konstitusiya elan edəcəklər

Yəməndə Ənsarullah Hərəkatına (Husilər) aid inqilab komitəsi yaxın saatlarda yeni Yəmən dövlətinin idarə formasını təyin edəcək konstitusiya elan edəcəklərini bildirib.
 
Maide.az xəbər verir ki, Husilərin facebook səhifəsindən yayımlanan rəsmi açıqlamada siyasi qüvvələrin çoxunun ölkənin idarəetmə formasını elan etmək ərəfəsində son anda Yəmən İslahat Camaatı Partiyası ilə İttihatçı Nasir Təşkilatının nümayəndələrinin onlara möhlət verilməsini istədikləri deyilir.

Google+ WhatsApp ok.ru