Şiə bəy və sünni gəlin evlilik silahı ilə `İŞİD`i vurdu

FaktXəbər-in verdiyi məlumata görə, İŞİD-in terror hücumları ilə əlaqədar  İraqın Mosul şəhərindən Bağdada qaçan  şiə gənclə sünni qız dünən evləniblər.

Birləşmiş Ərəb Əmirliyində yayımlanan  «Əl-Bəyan» qəzetinin  verdiyi məlumata görə, 25 yaşındakı Muhamməd Haris Yusif və 20 yaşındakı  Rayəm  İŞİD-in vəhşi hücumları nəticəsində İraqın müxtəlif bölgələrindən qaçan gənclərdir.

Bəy evlənmə qərarları ilə əlaqədar bunları deyib: «Biz bu evliliyimizlə  məzhəbçiliyik təməlinə əsaslanan hər cürə şiddətə qarşı olduğumuzu və İraqın bölünməz bir bütün olduğunu hər kəsə bildirmək  istəyirik. Həyat yoldaşım və mən, ikimiz də Mosulluyuq. Mənim şiə, xanımımın sünni olması gördüyünüz kimi həyatımızın ən önəmli qərarı olan  evliliyimiz üçün  əngəl təşkil etmir.  Bunu artıq hər kəs anlasın».

Evlilik mərasimində iştirak edən İraq Parlamentinin nümayəndəsi  Ahlam əl-Hüseyni çox yaxına  Mosul şəhərində də  bu tərz toylara şahid  olacaqlarına ümidini ifadə edib.

Google+ WhatsApp ok.ru