Şiə təqlid mərcələrinin İraqdakı nümayəndələri terrorla üz-üzə

İraqın “Ziqar” əyalətində tutulmuş təkfirçi terrorist qruplaşmanın üzvləri özlərinin həyatı keçirəcəkləri terror planlarını açıqlayıblar. Onlar etiraf ediblər ki, şiələrin təqlid mərcələrinin İraqdakı nümayəndələrini terror etmək üçün hazırlaşırlarmış.
 
Maide.az xəbər verir ki, bu barədə İraqın cənubunda yerləşən Ziqar əyalətindəki polis mənbəsi məlumat yayıb. 
 
Adının açıqlanmasını istəməyən polis mənbəsi bu barədə deyib: "Bu təkfirçi terrorçular öz planlarını həyata keçirmək üçün gizli təlim düşərgələrində təlim işləri ilə məşğul olarkən ələ keçiblər."
 
Terrorçular deyiblər ki, bütün lazımlı göstərişləri “mənəvi ata” adlandırılan bir nəfərdən alırlarmış.

Google+ WhatsApp ok.ru