Çikaqoda silahlı insident

ABŞ-ın Çikaqo şəhər polisi bu şəhərdə bir neçə silahlı insidentin baş verdiyini bildirib.

Maide.Az xəbər verir ki, bu barədə Çikaqo Tribun qəzetinə Amerika polisi məlumat verib. İllinoys ştatının Çikaqo şəhərinin müxtəlif bölgələrində bir neçə silahlı insident baş verib. Hadisə zamanı 6 nəfər yaralanıb.

Polislərin verdiyi məlumatda o da bildirilir ki, yaralılardan biri 22 yaşlı hamilə qadın olub. Onun vəziyyəti ağırdır.

Məlumata görə, silahlı insidentlər baş verən bölgələrin ətrafında polislər şübhəli şəxsləri axtarırlar.

Bundan öncə, şənbə günü Çikaqo şəhərinin müxtəlif məhəllələrində baş verən silahlı insidentlərdə 2 nəfər həlak olmuş, 28 nəfər yaralanmışdı.

Qeyd edək ki, Çikaqoda silahlı insident böyük ictimai problemə çevrilib və şəhərin bəzi yoxsul bölgələrində cinayətkar mafiyaların olmasına görə, bu şəhərdə qarşıdurmalar digər şəhərlərlə müqayisədə çoxdur. /

Google+ WhatsApp ok.ru