Şimali Koreya ABŞ-ı “Ebola” xəstəliyini yaymaqda ittiham edib 03 Dekabr 2014 02:00 Dünya Şimali Koreya hakimiyyəti ABŞ-ı Afrika ərazisində bioloji silahı sınaqdan keçirməkdə və Ebola” xəstəliyini yaymaqda ittiham edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə The Independent nəşri məlumat yayıb. KXDR-in Mərkəzi İnformasiya Agentliyinin yaydığı bəyanatda iddia edilir ki, ABŞ-ın keçmiş prezidenti Reyqanın köməkçisi Amerikanın bioloji müharibəyə başlamaq üçün “Ebola” virusunu icad etdiyini bildirib. Bəyanatda məlumatın mənbəyi “Roberts” adı ilə göstərilib. The Washington Post bu şəxsin iqtisadçı Pol Kreyq Roberts olduğunu ehtimal edir. Qeyd edək ki, Ebola epidemiyası ilə əlaqədar Şimali Koreya hazırda turistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə daxil olan digər şəxslər isə dərhal karantinə götürülür. / Teqlər : #Şimali Koreya ABŞı Ebola xəstəliyini yaymaqda ittiham edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Brüsseldə `İŞİD`-ə qarşı koalisiyanın ilk toplantısı keçiriləcək İran Parlamentinin spikeri Pakistana səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO