Şimali Koreyadan “Apple”a yeni rəqib

Şimali Koreyadan “Apple”a yeni rəqib

Şimali Koreya "Əpl" (Apple) şirkətinə “meydan oxuyacaq” öz Aypədini istehsal edəcək.
 
“Myoxyan” şirkəti tərəfindən istehsal ediləcək “Ryonghung IPad” adlı tabletin 1 geqabayt operativ yaddaş və 8 geqabayt daxili yaddaşa sahib olacağı bildirilir.
 
Tabletin VebMD adlı tibbi saytının Şimali Koreya versiyasında proqramı da olacaq. Bu proqramın 1200 xəstəliyə diaqnoz qoyulmasında yardımçı olacağı açıqlanıb.
 
Qeyd edək ki, bu tablet Şimali Koreyanın istehsal etdiyi ilk planşet deyil. Pxenyanın indi istehsal etməyi planlaşdırdığı planşet isə funksiyalarına görə "Əpl" (Apple) şirkətinin aypədlərindən fərqlənmir. (axar.az) /

Google+ WhatsApp ok.ru