Şimali Koreya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Şimali Koreya lideri Kim Çen Inın əmri ilə ölkədə bütün qoşunlar taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
 
Bu barədə KXDR-nın mərkəzi radiosu məlumat yayıb.
 
Məlumata əsasən, avqustun 21-i yerli vaxtla saat 17:000-dan etibarən Şimali Koreyanın bütün hərbi birləşmələri taktiki hücum üçün yüksək döyüş hazırlığı vəziyyətinə gətiriləcək.
 
Qeyd edək ki, avqustun 20-də Kim Çen Inın sədrliyi ilə Koreya Xalq partiyası Mərkəzi Komitəsinin iclası keçirilib.
 
Xatırladaq ki, son günlər ərzində KXDR və Cənubi Koreya bir-birlərini ağır artilleriyadan atəşə tutublar.

Google+ WhatsApp ok.ru