Çin: 'ABŞ dünya nizamını pozan ən böyük faktor'

Çin: 'ABŞ dünya nizamını pozan ən böyük faktor'

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin dünən (29 iyun) keçirdiyi mətbuat konfransında ABŞ-ın beynəlxalq nizamı pozan ən böyük faktor olduğunu söyləyib.
 
 Maide.az "deyerler.org"a  istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuata verdiyi açıqlamasında bunları deyib: “Dünya barışığının tərəfdarı olan Çin qlobal inkişafın qabaqcılı və beynəlxalq nizamın müdafiəçisi olub. Çinin inkişafı dünya sülhməramlı qüvvələrinə güc qatacaq”.
 
Çin Xarici İşlər Nazirliyinin sözçüsü dünya nizamı ilə bağlı üç məqama toxunmaq istədiyini bildirərək, belə davam edib: “Birincisi, ABŞ dünya nizamının pozan ən böyük faktordur. ABŞ könüllü olaraq beynəlxalq təşkilatlardan və müqavilələrdən çıxdı və digər ölkələrə birtərəfli qanunsuz sanksiyalar və hərbi məcburiyyət tətbiq etdi. ABŞ-ın bu hərəkətləri qlobal və regional sülhə ciddi ziyan vurdu və bu beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməlində olan normaların ciddi şəkildə pozulmasıdır.
 
 İkincisi, ABŞ-ın iddia etdiyi “dünya qaydalarına əsaslanan nizam”, əslində dünyaya ABŞ-ın hakim olduğu hegemon nizamdır. ABŞ-ın müttəfiqləri də daxil olmaqla dünya ölkələrinin böyük əksəriyyəti belə bir nizamla razılaşmır. Yalnız bir neçə ölkə belə bir siyasəti dəstəkləyir və tələb edir.
 
Üçüncüsü, dünyada yalnız bir nizam var, o da BMT mərkəzli beynəlxalq nizamdır. Yalnız bir qanun toplusu var və bu, BMT Nizamnaməsinə əsasən beynəlxalq münasibətləri tənzimləyən əsas normalardır.
 
 Beynəlxalq nizam ABŞ-ın hakim olduğu hegemon nizam olmamalı və beynəlxalq hüquq ABŞ ya da Amerikanın rəhbərlik etdiyi ölkələrin kiçik qrupu tərəfindən yaradılmamalıdır”.
 
ABŞ və Çin arasındakı gərginlik 1979-cu ildə iki ölkə arasındakı münasibətlərin normallaşmasından bəri ən yüksək həddə çatıb.
 
Gərginliyin artmasının çox hissəsi ABŞ-ın eks-prezidenti Donald Tramp administrasiyası tərəfindən iki ölkəni ticarət müharibəsinə salan Çin mallarına ağır rüsumlar tətbiq etməsi ilə əlaqədardır. Bundan əlavə, koronavirusun dünyaya yayılması ilə Tramp əsas günahkarın Çin olduğunu iddia etmişdi.
 

Google+ WhatsApp ok.ru