Çində kömür mədənində baş vermiş faciə nəticəsində 26 nəfər ölüb

Maide.az-ın məlumatına görə, Çin Xalq Respublikasının Liaonin vilayətindəki kömür mədənlərindən birində noyabrın 26-da baş vermiş baş vermiş yanğın nəticəsində 26 nəfər ölüb, 50 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb.

Fusin şəhərindəki kömür mədənində yanğından əvvəl yaxınlıqda 1,6 bal gücündə titrəyiş müşahidə olunub. Mütəxəssislər mədəndə baş vermiş yanğının titrəyişlə əlaqəsinin olması ehtimanlını araşdırırlar.

Bu, Fusindəki kömür mədənində baş vermiş ilk bədbəxt hadisə deyil. Ötən il qaz sızması nəticəsində 8 şaxtaçı həlak olmuşdu.

Google+ WhatsApp ok.ru