Çində növbəti devalvasiya olub 14 Noyabr 2016 02:00 Dünya Çinin Xalq Bankı bu ölkənin milli valyutası olan yuanın dollara qarşı məzənnəsini 0,26% zəiflədib. "RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, tənzimləyicinin qərarına əsasən, 1 dollar 6,8295 yuan səviyyəsində müəyyən edilib. Bu isə cümə günü qeydə alınan göstəricidən 180 bənd artıqdır. Həmin gün 1 dollar 6,8115 yuan olub. Beləliklə, yuanın məzənnəsi 2010-cu ilin iyun ayından (1 dollar = 6,82 yuan) etibarən minimum səviyyəyə çatıb. 2008-ci ilin payızından etibarən 1 dollar 6,8 yuan səviyyəsində olub, lakin 2009-cu ilin sentyabrından yenidən möhkəmlənməyə başlayıb. Maksimum isə 2014-cü ilin yanvarında qeydə alınıb - 1 dollar 6 yuana mübadilə olunub. (apa) / Teqlər : #Çində növbəti devalvasiya olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təbrizdə zəlzələ baş verib Kərbəlada partlayış baş verib - YENİLƏNİB
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO