Çində kömür mədənində partlayış: 5 ölü

Çində kömür mədənində partlayış: 5 ölü

Çinin Henyan əyalətində kömür mədənlərinin birində qaz sızması nəticəsində partlayış baş verib.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub.
 
Xəbərdə qeyd olunur ki, partlayış zamanı mədəndə 51 nəfər olub, onlardan 39-u mədəndən çıxmağı bacarıb. Xilasetmə əməliyyatı davam edir. /

Google+ WhatsApp ok.ru