Çində internetdən istifadə pulsuz olacaq

Çində internetdən istifadə pulsuz olacaq

Ölkənin xidmət təminatçıları oktyabr ayından etibarən ölkədə ağıllı telefonlardan heç bir internet ödənişi almayacaq.
 
Çinin üç xidmət provayderi Çin Mobil Əlaqə (China Mobile), Çin Birləşmiş Şəbəkə Əlaqə Qrupu (China Unicom) və Çin Telekommunikasiya Şirkəti (China Telecom) oktyabrın 1-dən etibarən Çində heç bir uzun məsafə və rouminq ödənişlərinin alınmayacağını bildiriblər.
 
Ölkənin ən böyük telekommunikasiya operatoru olan “Çin Mobil”in idarə heyətinin rəhbəri Li Yue bununla da əməliyyat və idarəetmədə böyük bir yenilik olacağını deyib.
 
Çin Birləşmiş Şəbəkə Əlaqə Qrupu isə genişzolaqlı internet girişlərini artırmaqla, məhsul və xidmətlərin keyfiyyətinin artacağını bildirib. (axar.az) /

Google+ WhatsApp ok.ru