Çin Ebola virusu ilə mübarizəyə daha 16 milyon dollar ayıracaq

Çin höküməti Cənubi Afrika ölkələrinə Ebola virusı ilə mübarizə üçün 100 milyon yuan ( 16 milyon ABŞ dolları) ayırmaq niyyətində olduğunu bildirib.
Maide.az-ın məlumatına görə, Çin Dövlət Şurasından bildiriblər ki, "Ölkə bütün planet əhalisinə təhlükə törədən Ebola virusu ilə mübarizəyə hazırlığını qoruyub saxlayır".
Qeyd edək ki, Çin höküməti sentyabr ayında Cənubi Afrika ölkələrinə virusla mübarizə üçün artıq 200 milyon yuan (32,5 milyon dollar) ayırmışdı, bundan əlavə Eboladan zərər çəkən ölkələrə humanitar yardım göndərmiş və epidemiya zonasına çinli tibb işçi qruplarını göndərib.
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.//

 

Google+ WhatsApp ok.ru