Çin polisi yenidən müsəlmanlara qarşı təzyiqlərə başlayıb

Maide.az xəbər verir ki, Çinin mərkəzində Xenen vilayətinin Cinqco şəhərində uyğurlarla polis arasında toqquşmada ən azı iki nəfər həlak olub. Həlak olanlardan biri polis, digəri isə uyğurdur.  
 
Toqquşmada polisin nəzarətə almaq istədiyi iki uyğur qaçıb. Amma buna baxmayaraq polis onların tapılması üçün vilayətdə geniş axtarış əməliyyatlarına başlayıb. 
 
Xatırladaq ki, uyğurlar əsasən Çinin şimal-qərbində müsəlmanların sıx məskinlaşdığı Sin Kianq muxtar vilayətində yaşayırlar. 
 
Bildirilir ki, son iki il müddətində Çin polisi və təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq zamanı ən azı 450 uyğur həlak olub.

Google+ WhatsApp ok.ru