Çin sahillərində yük gəmisi batıb, itkin düşənlər var

Çin sahillərində yük gəmisi batıb, itkin düşənlər var

-- Hadisənin səbəbləri barədə məlumat yoxdur.

Çinin Tayçjou (şərqi Çjeçzyan vilayəti) şəhərinin su hövzəsində yük gəmisi batıb.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Çjunqo sinvenvan" portalı məlumat yayıb.
 
Məlumata görə, hadisə zamanı gəminin göyərtəsində 4 nəfər olub. Onlardan 2-i xilas edilib, digərləri isə itkin düşüb. 
 
Gəminin batması haqqında kömək siqnalı şəhərin mərkəzinə cümə axşamı, gecə saatlarında daxil olub. İndiyə qədər davam edən xilasetmə əməliyyatına yerli sahil mühafizəsinin katerləri, xilasetmə xidməti cəlb edilib.
 
Hadisənin səbəbləri barədə məlumat yoxdur. 

Google+ WhatsApp ok.ru