Iraqda 5 sünni qrup İŞİD-ə beyətdən imtina edib 27 İyul 2014 01:00 Dünya İraqda indiyədək İraq hökumətinə qarşı İŞİD terror qruplaşması ilə birgə vuruşan 5 sünni tayfası (qrupu) bu terror qruplaşmasına beyət etməkdən imtina edib və İŞİD terror qruplaşmasına qarşı mübarizə elan ediblər. Maide.az-ın AA xəbər agentliyinə istinadən məlumatına görə, “İslam ordusu, Ənsarus Sünnə, Ənsaru Nəqşibəndiyyə, Mücahidlər dəstəsi və İslami ordu” İŞİD-ə beyətdən imtina ediblər. Məlumata əsasən, İŞİD həmin sünni tayfalara beyət üçün 48 saat vaxt vermişdi. Sünni qruplar və İŞİD arasnda qarşıdurmaların baş verəcəyi ehtimal olunur. Qeyd edək ki, İŞİD terror qruplaşmasının İraqın Mosul, Tikrit, Bakuba və Telafer bölgələrinə hücumları zamanı 1 milyondan artıq dinc əhali evlərindən qaçqın düşüb. Yüzlərlə insan qətliam olunub. / Teqlər : #Iraqda 5 sünni qrup İŞİDə beyətdən imtina edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəzzada atəşkəsin vaxtı uzadılıb Donetskdə döyüşlər şəhər daxilinə sirayət edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO