Iraqda isti hava şəraitinə görə 2 gün tətil elan olundu

İraq hökuməti isti hava şəraitinə görə, 2 gün rəsmi tətil elan etdi. 
 
Maide.az xəbər verir ki,  İraqın  Hidrometeoroloji Proqnozlar Təşkilatının məlumatına görə, bu gün ölkədə havanın temperaturu  50 dərəcə isti olub və isti hava şəraitinin bazar gününə kimi davam edəcəyi gözlənilir. 
 
İraqda həftə sonu tətilləri cümə və şənbə günləri olur. Hökumət isti hava şəraitinə görə bu gün və bazar gününü də tətil elan edib. 
 
Havanın həddən artıq isti olmasına görə, İraqın bir çox şəhərlərində əhali küçələrdə gəzməkdən çəkinir. Ölkədə elektrik enerji çatışmamazlığı da isti havanı daha da dözülməz edib.  Ötən bir neçə gün ərzində isti hava şəratinə görə üç nəfər həayatını itirib. /

Google+ WhatsApp ok.ru