Kərbəlada Quran şəhərciyi istifadəyə veriləcək

İlin sonunadək Kərbəlada Quran şəhərciyi istifadəyə veriləcək. 

Maide.az xəbər verir ki,  İmam Hüseyn (ə) hərəminin Quran evinin direktoru  Şeyx Həsən Mənsuri deyib ki, bu şəhərcik 25 min kvadrat metr ərazidə tikilir. 

O deyib ki, şəhərcik istifadəyə verildikdən sonra İmam Hüseyn (ə) hərəminin Quran evinin bütün fəaliyyətləri bu şəhərcikdə mərkəzləşdiriləcək. "Şəhərciyin istifadəsinə verildikdən sonra Kərbəlada həmçinin Quran Universitetinin açılışı olacaq. Universitetdə islami təlimlər və Quran elmləri üzrə fənlər tədris olunacaq."

H.Mənsuri deyib ki, gələcəkdə hökumət lisenziya verərsə Quran Universitetində digər fənlər üzrə dərslər o cümlədən tibb və mühəndislik fənləri üzrə dərslər təşkil olunacaq. 

O deyib ki,  Quran şəhərciyində bir neçə konfrans zalı, zəvvarlara Quran dərsləri təşkili üçün dərs otaqları olacaq.  /

 

 

 

 

Google+ WhatsApp ok.ru