Kərbəlada şəhidlərinə aid yeni zərih ziyarətə açıldı -FOTO

Kərbəlada şəhidlərinə aid yeni zərih ziyarətə açıldı -FOTO

Həzrət İmam Hüseynlə (ə) Kərbəlada Aşura günündə şəhid olan yavərlərinə aid olan yeni zərihin quraşdırılması başa çatdıqdan sonra, ziyarətə açılıb.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, müqəddəs ziyarətgahın baxım mühəndisliyi idarəsinin sədri mühəndis Kərim Əl-Ənbari yeni zərih ilə bağlı bəzi məlumatları açıqlayıb: “Zərihin çəkisi təxminən 4 tondur. Hazırlanmasında 9 kq 18 karat qızıl, 804 kq gümüş, 200 kq mis, 300 kq paslanmayan polad, Birmadan idxal edilən təxminən 2 ton taxta istifadə edilmişdir. Ölçüsü baxımından yeni zərih köhnədən çox fərqlənmir”.
 
Zərihin dizaynı və istehsalı, Müqəddəs Qum şəhərində Heyəti Üləma tərəfindən bağışlanmış və müqəddəs ziyarətgahın baxım mühəndisliyi idarəsinin nəzarəti altında həyata keçirilmişdir.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru