Kəşmirdə mobil rabitə yenidən bərpa edilir 14 Oktyabr 2019 11:09 Dünya Hindistanın blokadasında olan Cammu Kəşmir bölgəsində mobil rabitə yenidən bərpa edilib. Maide.Az xəbər verir ki, bu barədə Hindistan hökumətinin sözçüsü Rohit Kansal məlumat verib. Onun sözlərinə görə, aylıq abunəçi olan mobil telefonlar üçün rabitə bu gün aktiv edilib. Digər mobil rabitə xətlərinin əksəriyyəti isə yaxın günlərdə yenidən fəaliyyətə başlayacaq. R.Kansal deyib ki, bu qərar təhlükəsizlik məsələləri ilə bağlı araşdırmadan sonra qəbul edilib. Qeyd edək ki, 5 avqust tarixində Hindistan hökuməti Cammu Kəşmirin muxtariyyətini ləğv etdikdən sonra mobil rabitə və internet xidmətini dayandırıb. Teqlər : #Kəşmirdə,#mobil,#rabitə,#yenidən,#bərpa,#edilir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Məkarim Şirazi xəstəxanaya yerləşdirilib İraqda silah-sursat anbarında baş verən yanğın nəticəsində ən az altı nəfər xəsarət alıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO