Kabildə şiələr yaşayan bölgədə partlayış, ölənlər var -FOTO

Əfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı bölgədə avtomobil partladılıb. 8 nəfər ölüb, 31 nəfər yaralanıb.

Maide.az-ın Əfqanıstan KİV-nə istinadən məlumatına görə, partlayış Kabilin Muradxani bölgəsində yerli vaxtla bu gün günortadan sonra 16:30 -da baş verib.

Ölənlər arasında 3 qadın və bir uşaqda var. Hadisə zamanı ölən və yaralananların hamısı dinc sakinlərdir./

 

Google+ WhatsApp ok.ru