Kabildə Əziz Rəsulallahın (s) mövlud mərasimində intihar hücumu: 43 ölü, 83 yaralı var 20 Noyabr 2018 21:15 Dünya Əfqanıstanın paytaxtı Kabildə Əziz Rəsulallahın (s) mövludu mərasiminə təşkil olunan intihar hücumunda yüzdən artıq insanın həlak olduğu və yaralandığı bildirilib. Səhiyyə Nazirliyinin sözçüsü Vahid Məcruh Kabil Hava Limanı yolundakı Oranus toy salonunda keçirilən mövlud mərasimində həyata keçirilən intihar hücumunda ən azı 43 nəfər öldüyünü, 83 nəfərin də yaralandığını söyləyib. Hadisə şahidlərinin dediyinə görə, mövlud mərasimində hücum 1000-dən artıq insanın iştirak etdiyi vaxt baş verib. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcib Daniş hücumda 50-dən çox adamın öldürüldüyünü və yaralandığını deyib. Daniş partlayışın intihar hücumu nəticəsində baş verdiyini qeyd edib. Hadisənin şahidlərinə görə, yaralıların çoxu İmgerjian və Şeyx Zayed xəstəxanalarına yerləşdirilib. /deyerler.org / Teqlər : #Kabildə,#Əziz,#Rəsulallahın,#(s),#mövlud,#mərasimində,#intihar,#hücumu:,#ölü,#yaralı,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Demokrat nümayəndələr ABŞ Konqresindən hicabı qadağan edən qanunun ləğvini tələb edib Pakistanda beynəlxalq `Aləmlərə Rəhmət` toplantısı keçirilir - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO