Kadırov da Avropanın “qara siyahısı”na düşdü

Avropa İttifaqı Ukraynadakı situasiya ilə bağlı sanksiyalar tətbiq edilən şəxs və şirkətlərin genişləndirilmiş siyahısını açıqlayıb. “Qara siyahı”ya Rusiya FTX-nın direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin başçısı Mixail Fradkov, Təhlükəsiz Şurasının üzvləri Nikolay Patruşev, Boris Qrızlov, Rəşid Nurqaliyev, Çeçenistanın başçısı Ramzan Kadırov da düşüblər. 
 
Sanksiyalar həmçinin, FTX generalı Sergey Besedaya, deputatlar Mixail Deqtyaryova, Krasnodar vilayətinin qubernatoru Aleksandr Tkaçova, qondarma Donetsk və Luqansk “respublikaları”na, “xalq qubernatoru” Pavel Qubarevə və arvadı Yekatrinaya, habelə qondarma qurumun liderlərinə və yaradılan silahlı qruplaşmalara şamil ediləcək.
 
Beləliklə, “qara siyahı” daha 15 nəfər və daha 18 şirkət və təşkilat hesabına genişlənib. Ümumilikdə indi siyahıda 87 fiziki, 20 hüquqi şəxs var.

Google+ WhatsApp ok.ru