Kanadada artıq 4-cü məscidi bağlayırlar 07 Mart 2015 02:00 Dünya Maide.az xəbər verir ki, Kanadanın Quebec vilayətinin Montrealin Saint-Laurent bölgəsində yerləşən "Əl-Andalusiya İslam Mərkəzi" kimi fəaliyyət göstərən məscid bələdiyyə tərəfindən icazə yenilənmə tələbi rədd edilməsi səbəbindən 3 aprel tarixində bağlanacaq. Məscidin bu tarixdə bağlanmaması halında gündəlik 1000 Kanada dolları (840 AZN) cərimə ödəmək məcburiyyətində qalacaq. Mövzu ilə bağlı açıqlma verən Saint-Laurent Bələdiyyə sədri Sahə Desousa binaya icazənin 2012-ci ildə "Kanada İslami Elmlər Assosiasiyası" adından verildiyini, 2013-cü ilin may ayında da "bölgədəki müsəlman əhalisinin artması səbəbindən tələb edilən məscid lisenziya müraciətinin isə rədd edildiyini" açıqlayıb. Bu barədə məscid rəhbərliyini xəbərdar etdiklərini deyən sədr Desousa, Montrealin ən böyük və ən məşhur məscidlərindən biri halına gələn "Əl-Andalusiya İslam Mərkəzi"nə hər cümə mindən çox müsəlmanın ibadət üçün gəldiyini, bunu regionun yenidənqurma planına uyğun olmadığını deyib. Quebec vilayətində təkcə keçən fevral ayında 3 məscid müxtəlif bəhanələrlə bağlanıb. Teqlər : #Kanadada artıq 4cü məscidi bağlayırlar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Mərakeş Kralı müsəlmanlara görə prezidentliyə namizədin istəyini qəbul etmədi Misirin xunta rejimi ilk edamını həyata keçirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO