Kanadada daha bir məscidə hücum olub - FOTO 03 Fevral 2017 02:00 Dünya Kanadada daha bir məscidə hücum olub. Belə ki, Montreal şəhərində Xədicə Məscid İslam Mərkəzi (Khadijah Masjid Islamic Centre) naməlum şəxslər tərəfindən daşa basılıb. Hadisə Kvebek Siti şəhərində ötən bazar baş verən terror qurbanlarından 3-nün dəfn mərasimi olduğu günə təsadüf edib. Polisin bildirdiyinə görə, bir neçə gün öncə sprey boya ilə girişinə və pəncərələrinə yazı yazılan həmin məscidə yumurtalarla da hücum olub. Son hücumda isə məscidin pəncərələri qırılıb. Hüquq mühafizəçilərin sözlərinə görə, hadisə ilə əlaqədar artıq istintaq başladılıb. Mərkəzin rəhbəri bu vandalizm aktından narahat olduğunu deyib: "Bundan sonra nə olacağını bilmirəm. Bu bir sonmu, yoxsa nəyinsə başlanğıcıdır?" (faktxeber) / Teqlər : #Kanadada daha bir məscidə hücum olub FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Malayziya Arakanlı müsəlmanları işlə təmin edəcək UNİCEF 48 milyon uşaq üçün yardım çağırışı etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO