Kanadada hicablı qadın məhkəməni uddu

Kanadada hicablı qadın məhkəməni uddu

Kanadanın Quebec ştatının Ali məhkəməsi, müsəlman bir qadının hicablı olmasını əsas göstərərək işinə baxmayan hakimin səhv etdiyini bildirib.
 
Maide.Az xəbər verir ki, Rania Əl-Alloul adlı hicablı xanım məsələ ilə bağlı Quebec Ali məhkəməsinə müraciət edib. Məhkəmə məsələni araşdırandan sonra hakim Eliana Marenqonun bu məslədə xəta etdiyi qənaətinə gəlib.
 
Qərarı açıqlayan Quebec Ali məhkəməsinin üzvü, hakim Vilbrod Dekarie qeyd edib ki, hakim Eliana Marenqonun davranışının heç bir hüquqi əsası yoxdur. Məhkəməmiz, Rania Əl-Alloula qarşı edilən qanunsuzluğa görə çox narahat olub.
 
Məhkəmədən sonra açıqlama verən Rania bildirib ki, kim necə istəyir elə geyinməkdə sərbəstdir. Hansı dinə mənsub olmasından aslı olmayaraq məhkəməyə gedərkən qorxmayın. 
 
Qeyd edək ki, Montreal şəhərində keçən il fevral ayında baş verən hadisədə, Quebec ştatının məhkəmə hakimi Eliana, Rania Əl-Allouldan hicabını açaraq məhkəməyə gəlməsini tələb etmişdi.
 

Google+ WhatsApp ok.ru