Kanadada məktəbdə atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb

Kanadanın La-Loş şəhərində (Saskaçevan əyaləti) atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb.
 
Bunu hazırda Davosda səfərdə olan Kanadanın baş naziri Castin Trüdo bəyan edib.
 
Onun sözlərinə görə, hadisə nəticəsində daha 2 nəfər ağır yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.
 
“Silahlı insidentin səbəbləri və təfsilatları barədə danışmaq hələ tezdir”, deyə baş nazir vurğulayıb. 
 
Cinayəti törədən məktəbli saxlanlıb. Onun kimliyi barədə məlumat verilmir.
 
Hadisənin motivi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru