Kanadada turist avtobusu aşıb, 26 nəfər xəsarət alıb

Kanadada turist avtobusu aşıb, 26 nəfər xəsarət alıb

 
Kanadada turist avtobusunun aşması nəticəsində 26 nəfər xəsarət alıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Dinbiq şəhərində qeydə alınıb.
 
Naməlum səbəbdən avtobus idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı turist avtobusunda 50 nəfər olub.
 
Xəsarət alanlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentlə bağlı araşdırma aparılır.
 

 

Qeyd edək ki, Dinbiq şəhəri paytaxt Ottavadan 160 km qərbdə yerləşir.  /

Google+ WhatsApp ok.ru