Kanada kilsələri ölkədə islamofobiyanın yayılmasına etiraz edir

Kanada kilsələri açıq məktubla, ölkədə islamofobiyanın yayılması ilə əlaqədar öz narahatçılığını ifadə edərək hamını müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya halları ilə mübarizə aparmağa çağırıb.
Maide.az xəbər verir ki, kilsələr və dini qruplar siyasətcilər və Media nümayəndələri də daxil olmaqla bütün kanadalıları müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya halları ilə mübarizə aparmağa çağırıb.
Kanada kvakerləri
Xristian təriqətinə mənsub Kanadalı Dostlar Xidmətlər Komitəsi (Kvakerlər) yaydıqları məktubda qeyd ediblər ki, Kanadada müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya hallarını müşahidə etməkdən dəhşətə gəliblər.
Məktubda, kvakerlər bütün kanadalıları bu problemə qarşı çıxmağa çağırıblar.
Məktubu imzalayanlar Kanada siyasətçilərini və KİV nümayəndələrini islamofobiya, nifrət, irqçilik, ikiüzlülük və ədalətsizliklə mübarizə aparmağa səsləyiblər.
Məktubda vurğulanır: Müsəlmanlar İbrahim dininin digər ardıcılları kimi sülh, məhəbbət və Allah və məxluqat qarşısında məsuliyyəti öz prioriteti hesab edir və bu İbrahim dinləri arasında tarix, əxlaqi və mənəvi inanc baxımından bir çox oxşarlıqlar mövcuddur. Biz müsəlmanları islami həyat tərzini seçdikləri üçün dəstəkləyirik. /
 

Google+ WhatsApp ok.ru