Kanadalı qadınlar islamofobiyaya etiraz olaraq 1 ay başlarını örtəcək - FOTO 23 Fevral 2017 02:00 Dünya FaktXeber.com-un radiosarajevo-ya istinadla verdiyi məlumata görə, Kanadada bir qrup qadın islamofobiyaya etiraz və müsəlman qadınlara dəstək üçün bir ay hicab taxacaqlarını bəyan edib. Bildirilir ki, Kanadada 2014-cü ildən bu yana keçirilən "Dünya Hicab Günü" (World Hijab Day) tədbiri Alberta ştatının Fort Mak Murrey şəhərində bu il fərqli maraq doğurub. Tədbirin təşkilatçısı Kiran Malik Xan artıq 7 kanadalı qadının hicab bağlaman üçün müraciət etdiklərini bildirib. Kiran Malik Xan "Hicab dinin simvolu olduğu üçün onlara 30 gün boyunca yerinə yetirməli olduqları şərtləri də izah etdik. Baş örtüyünü niyə taxdığımız və digər məsələləri anlatdıq. Onların hamısı şərtləri yerinə yetirəcəklərinə söz verdi", -deyə o, bəyan edib. Digər tərəfdən Fort MakMurrey şəhərində "Dünya Hicab Günü" çərçivəsində keçirilən aksiyada yüzlərlə qadın müsəlmanlara dəstək verib. Bir çox xanımlara hicablar hədiyyə edilib. Teqlər : #Kanadalı qadınlar islamofobiyaya etiraz olaraq 1 ay başlarını örtəcək FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanının kralı 1500 nəfərlik qohum-əqrəbası ilə birgə İndoneziyaya səfər edir İraq ordusu Mosul hava limanını ələ keçirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO