Kassam Tuqaylarından İsrailə xəbərdarlıq

“Həmas”ın hərbi qolu olan İzəddin əl-Kassam Tuqayları sionist rejimə xəbərdarlıq edib.
Maide.az xəbər verir ki, verilən açıqlamada “İsrail atəşkəs şərtlərinə əməl etməzsə Fələstin dirənişinin səbri uzun çəkməyəcək” deyə xəbərdarlıq edilib.
Kassam Tuqaylarından bildirilib ki, İsrail Qəzzadan blokadanı qaldırmasa Fələstin xalqının nifrəti vulkan kimi partlayacaq, aqibət sərt və qorxulu olacaq.
Qeyd edilib ki, Fələstin xalqına edilən hər təcavüzə qarşı sərt cavab veriləcək.
Məlumat üçün bildirək ki, təcavüzçü sionist rejim illərdir Qəzzanı blokadada saxlayır. //

Google+ WhatsApp ok.ru