Kataloniyada keçirilmiş referendumun nəticələri açıqlanıb 02 Oktyabr 2017 01:00 Dünya İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib. “2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. Demək olar ki bu, referendumun yekun nəticələridir”, deyə J.Turul qeydı edib. Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki, məlum deyil. Qeyd edək ki, ötən gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qeyri-qanuni hesab edib, polis seçki məntəqələrində səsvermənin qarşısının alınması üçün tədbirlər görüb. Kataloniya hökumətinin verdiyi məlumata görə, polislə toqquşmalarda 844 nəfər xəsarət alıb. İspaniya Daxili işlər nazirliyi toqquşmalar zamanı 33 asayiş keşikçisinin yaralandığını bildirib. Teqlər : #Kataloniyada keçirilmiş referendumun nəticələri açıqlanıb , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyanın Ulyanovsk şəhərində Kərbəla şəhidləri yad edildi - FOTO Fransada yanğın: 5 ölü, 8 yaralı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO