Kenyada malyariyadan ölənlərin sayı 30 –a çatıb

Kenyada malyariyadan ölənlərin sayı 30 –a çatıb

Keniyada malyariya epidemiyasının yayılması  səbəbiylə Baringo və Marshabit bölgələrində 30 nəfər həyatını itirib və 1500 –dən çox insan malyariyaya yoluxub. 
 
Maide.Az xəbər verir ki, Kenyada güclü yağışlardan sonra yayılan malyariya epidemiyasına görə, son iki həftə ərzində Marshabit əyalətində 17 nəfər, Baringo əyalətində isə 13 nəfər həyatını itirib. 
 
Yerli KİV-lərin məlumatına görə, Dövlət  son həftədə 1300-dən çox insanın malyariya xəstəliyinə tutulduğunu, sağlamlıq məmurlarının Koç, Laisamis və Şimali Horr şəhərlərinə göndərildiyini və vəziyyəti nəzarət etməyə çalışdıqlarını bildirib. 
 
Tibbi Xidmətlər Direktoru Jackson Kioko da qızdırma səbəbiylə ölümlərin artmasında, ölkə daxilində bir çox xəstəxanada tibb bacılarının tətildə olmasını və dərman çatışmamazlığından olduğunu bildirib. 
 
Digər tərəfdən Keniya Qızıl Xaç səlahiyyətlilərinin qızdırma epidemiyasının görüldüyü yerlərdə yaşayan kəndlilərə ağcaqanadlardan qorunmaları üçün mindən çox cibinlik payladığı bildirilir.
 
Keniyada daha çox kəndlilər bu epidemiyadan əziyyət çəkir.  Kəndrlərdə qızdırma xəstəliyinə tutulanlar, erkən müalicə edilə bilmədiyi və dərman ala bilmədiyi üçün həyatlarını itirir.
 

Google+ WhatsApp ok.ru