İki qatarın toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb - YENİLƏNİB 5 - VİDEO

İki qatarın toqquşması nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb - YENİLƏNİB 5 - VİDEO

 
20:30
 
Maide.Az İran Mehr agentliyinə istinadən xəbər verir ki,  İki qatarın toqquşması nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb, 100 nəfərin yaralandığı bildirilir. Bildirlir ki, yaralılardan 17 nəfərin vəziyyəti ağırdır.  İranın Dəmir Yolları İdarəsinin baş direktoru  Möhsin Purseyidağayi jurnalistlərə açıqlamasında hadisənin baş vermə səbəbini açıqlayıb.  “Məşhəd-Təbriz qatarının əyləc sistemində problem yaşanır və havanın şaxtalı olması nəticəsində qatar dayanır.  Bu problem  Mərkəzi Sistemə nəzarət edən şəxsə bildirilsədə növbə dəyişdiyi üçün yeni gələn məsul şəxs qatarın dayanmasından xəbərsiz olur və həmin istiqamətdə hərəkətdə olan Məşhəd-Simnan qatarına yolun açıq olduğunu və problemsiz hərəkət edə biləcəyini açıqlayır və bu, iki qatarın şiddətlə toqquşmasına səbəb olur”
 
 
15:28
 
Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, İranda İki qatarın toqquşması nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb, 98 nəfərin yaralandığı bildirilir. 
Baş vermiş hadisənin ardınca  İranın yol və şəhərsalma naziri  Abbas Axundi Türkmənistana baş tutacaq bu günki səfərini ləğv edib və hadisə yerinə yollanıb. 
 
12:42
 
Xəbər verdiyimiz kimi, İranın Simnan əyalətinin Şahrud şəhərində 2 sərnişin qatarı toqquşub. 
 
Maide.Az xəbər verir ki, İranın Qırmızı Aypara Cəmiyyətinin baş katibi Əli Əsğər Əhmədi bu ölkənin İRİNN xəbər kanalına açıqlamasında deyib ki, baş vermiş hadisə zamanı indiyədək 15 nəfər həlak olub, 62 nəfər yaralanıb. 
 
O deyib ki, toqquşma baş verdikdən sonra hər iki qatarda vaqonlarda yanğın baş verib. “Hadisədə ölən və yaralananlar barədə açıqlanan rəqəmlər təxmini rəqəmlərdir. Yanğın tam söndürülməyənədək ölən və xəsarət alanlarla bağlı dəqiq statistika demək çətindir”. 
 
Qeyd edək ki, bundan öncə Iranın Təcili Tibbi Yardım Stansiyasının sədri Pirhüseyn Kulivənd qatarların toqquşması nəticəsində 8 nəfərin həlak oludğunu və 15 nəfərin yaralandığını demişdi. 
 
Xatırladaq ki, bu gün səhər yerli vaxtla təqribən 7:40 radələrində Semnan-Məşhəd qatarı ilə, Təbriz –Məşhəd qatarı toqquşub. İranın Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə idarəsi üzrə sədr müavini Şahin Fəthi demişdi ki, qatarların toqquşması nəticəsində 4 vaqon relsdən çıxıb və aşıb, 2 vaqonda yanğın baş verib. 
 

Google+ WhatsApp ok.ru