Kılıçdaroğlu saqqal traşında da hökuməti tənqid etdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu bu gün səhər Ankara Yenimahalle səmtində xırda ticarətlə məşğul olanlarla görüşərək, problemlərini dinləyib.
 
Maide.az türkiyə mediasına istinadən xəbər verir ki, səfər zamanı Ercan Buyruq adlı bərbərin dəvətini qəbul edən Kılıçdaroğlu saqqal traş üçün kresloya oturub.
 
Kılıçdaroğlu Türkiyənin yürütdüyü xarici siyasətin iflasa uğradığını önə sürərək, "Bu xarici siyasət Türkiyəni dünyada yalnızlaştırdı. Əgər bir ölkənin prezidenti, baş naziri Qərb mediasında lağ mövzusu olursa, Türkiyədə xalqın şərəfi zədələnir. Türkiyə Respublikası ilk dəfə bu ölçüdə təcrid olur. Könül istəyər ki Türkiyə bölgənin lideri olsun, sözü dinlənən ölkə olsun" deyib.

Google+ WhatsApp ok.ru