Kofi Annan Myamnarda müsəlmanların yaşadığı bölgələrə səfər edib 03 Dekabr 2016 02:00 Dünya Myanmarda insan haqlarının pozulması hallarını araşdıracaq komissiyanın sədri, BMT-nin sabiq baş katibi Kofi Annan Myanmarda zorakılıqlara məruz qalmış Raxin bölgəsinə səfər edib. Maide.Az xəbər verir ki, K.Annan ötən gün Raxinin mərkəzi Sittewe səfər edib, oradan da Raxinin şimal bögləsinə səfər edəcək. Raxinin şimal bölgəsi hərbiçilərin güclü nəzarəti altındadır. Kofi Annan həmçinin Myanmar başçısı Aung San Su Çi ilə Raxində müsəlmanlara qarşı baş verən cinayətlər və bu problemlərin həlli istiqamətində görüləcək işlər haqqında müzakirə aparacaq. Rohingiya bölgəsində müsəlmanların durumu çox ağırdır. Myanmar əsgərləri müsəlmanların kəndlərini yandırır, qadınlara hörmətsizlik edir və bölgədə müsəlmanlara qarşı vəhşiliyi davam etdirirlər. Rohingiya adlanan Myanmarın Raxin vilayətinin müsəlmanları 2012-ci ildən ifratçı buddistlərin qırğınlarının hədəfinə çevrilib. Myanmar dövləti Rohingiya müsəlmanlarının vətəndaşlıq hüquqlarını qəbul etməyərək onları qeyri-qanuni mühacir adlandırır. Teqlər : #Kofi Annan Myamnarda müsəlmanların yaşadığı bölgələrə səfər edib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriyada silahı yerə qoyan yaşayış məntəqələrinin sayı açıqlandı İran XİN: Sanksiyaların uzadılması ABŞ-a qarşı etimadsızlığa səbəb olacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO