Kürdlərdən 62 İŞİD terrorçusunu öldürüb 05 Avqust 2014 01:00 Dünya İraqdakı Mosul şəhəri yaxınlığında peşmərgələr ilə İraq Şam İslam Dövləti terrorçu qruplaşma arasında toqquşma baş verib. Maide.az-ın məlumatına görə, Zummar ərazisini ələ keçirmək istəyən İŞİD döyüşçüləri peşmərgə qüvvələrinə hücum edib. Toqquşmalar zamanı 62 İŞİD döyüşçüsü öldürülüb. Peşmərgə komandirləri İŞİD-in hücumu zamanı 40 kürdün ağır yaralandığını bildirib. Bu hadisədən sonra hücum əmri verən peşmərgə komandiri İŞİD-i kürd bölgəsindən qovacağını açıqlayıb. İraqın kürd bölgəsinin lideri Məsud Bərzani də İŞİD-in hücumlarına reaksiya göstərib. O bildirib ki, Şengal bölgəsində hücuma məruz qalan yezidiləri heç bir düşmən yox edə bilməyəcək: "Şengalın hər qarış torpağını azad etmək, qardaşlarımızı müdafiə etmək üçün ciddi və qərarlıyıq",-deyə Bərzani söyləyib. Teqlər : #Kürdlərdən 62 İŞİD terrorçusunu öldürüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İspaniya İsrailə silah satışını dayandırdı Qəzzada şəhid olan fələstinlilərin siyahısı açıqlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO