Kreml Obama və Putinin Pekində söhbətləşdiyini deyir

Kremlin sözçüsü bildirir ki, ABŞ və Rusiya prezidentləri Pekində Asiya-Sakit Okean iqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində “ünsiyyəti davam etdirir”.
 
Dmitry Peskov noyabrın 11-də deyib ki, Barack Obama və Vladimir Putin qısa da olsa yenidən danışıqlar aparıb. ABŞ rəsmisi isə noyabrın 10-da iki liderin “ötəri görüşdüyünü” bildirib.
 
İnterfaks xəbər agentliyi görüşün beş dəqiqə çəkdiyini bildirir.
 
Liderlərin hansı məsələni müzakirə etdiyi aydın deyil, lakin rəsmilər onların detallara varmadığını deyir.

Google+ WhatsApp ok.ru