Kubada `Alberto` fırtınası səbəbindən 5 mindən artıq insan təxliyə edilib

Kubada `Alberto` fırtınası səbəbindən 5 mindən artıq insan təxliyə edilib

-- Daşqınlar nəticəsində...

Kubada "Alberto" fırtınası səbəbindən 5 mindən artıq insan təxliyə edilib.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, ölkənin qərb və mərkəzi hissələrində yağan güclü yağışlar Penar-del-Rio, Artemisa, Matansas, Vilya-Klara və Sankti-Spiritus əyalətlərində bir neçə rayonda çaylarda və su anbarlarında suyun səviyyəsinin artmasına səbəb olub.
 
 Ölkə hakimiyyəti Kubanın ən böyük su anbarı olan Sasanın suyunun bir hissəsini boşaltmaq məcburiyyətində qalıb.
 
Daşqınlar nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
 

Google+ WhatsApp ok.ru